Nazir müavini: Azərbaycan hökuməti bərpaolunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək AZƏRTAC

21.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan hökuməti bərpaolunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində keçirilən Azərbaycanda ilk bərpaolunan enerji hərracı qalibinin elan olunması mərasimində bildirib.

O qeyd edib ki, bu hərrac Azərbaycanın bərpaolunan enerji sektoru üçün növbəti uğurudur və investorların Azərbaycanda yaşıl enerji layihələrinə artan marağını və etimadını göstərir.

“COP29 çərçivəsində həyata keçirilən bu layihə Azərbaycan hökumətinin beynəlxalq əməkdaşlığa, dayanıqlı inkişaf məqsədlərinə və ölkənin yaşıl enerji potensialının reallaşdırılmasına sadiqliyini bir daha təsdiq edir”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью