Nazir müavini: Azərbaycan iqtisadiyyatı dayanıqlı artım nümayiş etdirir

07.11.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 noyabr, AZƏRTAC

Dünyada baş verən qlobal dalğalanmalar fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlı artım nümayiş etdirir. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat nazirin müavini Sahib Ələkbərov noyabrın 7-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Sahib Ələkbərov bildirib ki, bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunacaq. Bu sahədə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı gözlənilir. Bu isə sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfdən yüksəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью