Nazir müavini: Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi əsas…
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır.
Report" xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, ekoloji məsuliyyətin artırılması məqsədilə sənaye müəssisələrinin fəaliyyətində müasir idarəetmə alətlərinin tətbiqi diqqət mərkəzindədir: "Bu proseslərdə “yaşıl maliyyələşdirmə” xüsusi rol oynayır.
Bu çərçivədə həyata keçirilən layihələr istehsal xərclərinin azalmasına, resursların səmərəli istifadəsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Bu isə ölkədə sosial-iqtisadi islahatların davam etdirilməsinə, innovativ iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin güclənməsinə şərait yaradır.
Müasir dövrdə dövlət və ictimai sektor arasında səmərəli əməkdaşlığın artırılması, məlumat, təcrübə və fikir mübadiləsinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir".
“Bu əməkdaşlıq çərçivəsində yaşıl artımın təmin olunması və ekoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu