Nazir müavini: Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir

19.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı sektoruna tarazlıq, birlik və davamlılıq gətirən, qlobal əməkdaşlığa təkan verən platformadır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.

"İqlim dəyişikliyinin sürətlənməsi və qlobal ərzaq təhlükəsizliyinin kəsişməsində dayandığımız üçün bu təşəbbüs vaxtında başladılıb, zəruridir, boşluqları dolduracaq. Bu, fermerlər üçün növbəti təşəbbüs deyil. Bu, iqlim və kənd təsərrüfatı təşəbbüslərinin mürəkkəb mənzərəsinə uyğunluq və aydınlıq gətirmək üçün həll yoludur", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью