Nazir müavini: Bakıda 6 ay ərzində bütün yolların layihələndirmə işləri bitəcək

28.01.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

30 yanvar 2025-ci il tarixində “Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” qəbul edilib. Ötən bir il ərzində bu proqramın reallaşdırılması ilə bağlı kifayət qədər geniş işlər görülüb.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, Dövlət Proqramı çox geniş sahələri əhatə edir: “Bütün nəqliyyat növlərini, ilk növbədə avtomobil yollarının genişləndirilməsi, burada 25 yol nəqliyyat infrastrukturunun, avtomobil yollarının qurulmasından söhbət gedirdi. Bu 25 yoldan dördü üzrə işlər, tikinti işləri bilavasitə aparılır. Yaxın vaxtlarda digər 4 layihə üzrə də işlərin başlanılması nəzərdə tutulur və ümumilikdə yaxın 6-7 ay ərzində bütün yolların layihələndirilməsi işlərinin də tamamlanması gözlənilir. Biz burada yolların ilk növbədə konseptual planı, onların baş planla uyğunlaşdırılması, digər yollarla əlaqələndirilməsi, eyni zamanda, yol oxunun təyin edilməsi, yəni torpaq infrastrukturunun ayrılması, digər kommunikasiya xətlərinin uyğunlaşdırılması və bu prosesdə bütün aidiyyəti dövlət qurumları, ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, eləcə də Nəqliyyat Əlaqələndirmə Şurasında təmsil olunan Daxili İşlər Nazirliyi, Ekologiya Nazirliyi, bütün aidiyyəti qurumlarla ekspertlər səviyyəsində işlər aparılır və daha sonra bilavasitə layihələr hazırlanaraq, maliyyə vəsaitləri ayrılaraq işlərin icrasına başlanılır. Bu layihələr arasında çox böyük əhəmiyyətə malik olan əsas infrastruktur layihələrindən biri olan dairəvi yollardan söhbət gedir”.

Nazir müavininin sözlərinə görə, ilk növbədə Bilgəh-Novxanı və Sumqayıt yoluna birləşəcək ərazidə olan yolun inşası davam edir: “Həmin nöqtədən Şamaxı yolunu birləşdirəcək xətlərin üzərində yolun inşası davam edir. Eləcə də metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirəcək keçiddən keçən yolun inşası da sürətli şəkildə davam edir. Bu yaxınlarda növbəti yol layihəsi Xəqani Rüstəmovla Ağa Nemətulla küçəsini birləşdirəcək, yəni Ağ Şəhərdən faktiki şimal istiqamətində yeni bir çıxışı təşkil edəcək yolun da inşasına başlanılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью