Nazir müavini Baş katiblə görüşüb

19.05.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Modern.az bildirir ki, görüşdə rəqəmsal inkişaf və süni intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью