Nazir müavini əməkhaqqı və pensiyalardakı artımlardan danışdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Son 5 il ərzində əməkhaqqı fondu ölkə üzrə 3 dəfədən çox artıb".

AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, bunu əmək və halinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, bundan güclü sosial rifah göstəricisi qeyd etmək olmur.

"Minimum əməkhaqqı 2.7 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı isə 82 faiz artım müşahidə edilib. Əmək pensiyaları sahəsində islahatlar həyata keçirilib. Bu islahatların nəticəsində demək olar ki, ölkədə minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya isə 2.4 dəfə artıb. Yaşa görə orta aylıq pensiya 2.3 dəfə, müavinət və təqaüdlərin maliyyələşməsinə isə 1.9 milyard vəsait nəzərdə tutulmuşdur. Bu, bilavasitə onun göstəricisidir ki, ölkə başçımız əhalinin sosial məsələlərinin həllinə diqqətini yönəldib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью