Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əsas kapitala yatırımların ÜDM-dəki payı hələ də 25%-dən aşağıdır və artırılmalıdır”.“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O bildirib ki, yalnız investisiyaların həcmini artırmaq kifayət deyil.
İqtisadiyyatın dayanıqlı inkişafı üçün özəl sektorun payının artırılması da əsas şərtlərdən biridir.
Səməd Bəşirli onu da qeyd edib ki, orta gəlir tələsindən yayınmaq üçün iqtisadi siyasət üç əsas istiqamətdə formalaşdırılmalıdır.
Bunlardan biri özəl qeyri-neft investisiyalarının artırılmasıdır.
Yerli iri korporasiyaların, xüsusilə bank sektoru və bəzi xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin inkişafına dəstək vermək önəmlidir.
Bundan əlavə, özəl sektorun ümumi investisiyalardakı payını artırmalı, Dövlət müəssisələrinin investisiya və ekspertiza potensialından istifadə edilməli, kiçik və orta sahibkarlığın (KOS) maliyyəyə çıxış imkanlarını genişləndirmək və onların insan kapitalını gücləndirmək vacibdir.