Nazir müavini Hidayət Abdullayev Balakən rayonunda vətəndaşları qəbul edəcək

10.12.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev dekabrın 19-da Balakən rayonunda sakinləri qəbul edəcək.

XQ xəbər verir ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 10-16 dekabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью