Nazir müavini Hidayət Abdullayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib

14.03.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev martın 14-də Kürdəmir rayonunda sakinləri qəbul edib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью