Nazir müavini Hidayət Abdullayev Salyan rayonunda vətəndaşları qəbul edib

17.05.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 16-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini sakinləri qəbul edib.

Nazirlikdən bildirilib ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью