Nazir müavini: Növbəti tədris ilindən yeni təsnifatlara uyğun ixtisaslaşmalar aparılacaq

03.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Növbəti tədris ilindən artıq yeni təsnifatlara uyğun ixtisaslaşmalar aparılacaq.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, qlobal çağırışlar fonunda əmək bazarı da dəyişir.

O deyib ki, müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb:

"Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunub və təsnifatların cədvəlləri təsdiq edilib".

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью