Nazir müavini: Özəl sektorda əmək müqavilələrinin payı 2018ci ildəki 37.1%dən 52.4%ə çatıb

16.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"2024-cü ilin doqquz ayı ərzində ölkədə 69.6 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92%-dən çoxu qeyri-dövlət sektorunda açılıb. 2024-cü ildə özəl sektorda əmək müqavilələrinin payı 2018-ci ildəki 37.1%-dən 52.4%-ə çatıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkənin hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub:

"2024-cü ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 39.4 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 22.7 milyard dollar, idxalın dəyəri 16.6 milyard dollar təşkil edib, nəticədə 6.1 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью