Nazir müavini: Qonaqpərvərlik sektorunda bağlantının keyfiyyəti və şəffaflığı həlledici əhəmiyyət daşıyır

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Qonaqpərvərlik və turizm sahəsində bağlantı təcrübəsinin keyfiyyəti, sabitliyi və şəffaflığı vacib amilə çevrilib. Bu sahələr üçün təsdiqlənmiş, ölçülə bilən bağlantı standartları müştəri məmnuniyyəti, beynəlxalq reputasiya və rəqabət qabiliyyəti baxımından həlledici rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Nazir müavini bildirib ki, sammit bağlantı üzrə ekspertlərlə qonaqpərvərlik sektorunun nümayəndələri arasında dialoqu gücləndirən mühüm platformadır. Onun sözlərinə görə, bu cür tədbirlər təkcə məlumat və təcrübə mübadiləsinə deyil, eyni zamanda, Azərbaycanın rəqəmsal gələcəyi üçün vahid baxışın formalaşmasına xidmət edir.

Saməddin Əsədov vurğulayıb ki, rəqəmsal transformasiya davamlı prosesdir və bugünkü müzakirələr Azərbaycanın texnoloji cəhətdən inkişaf etmiş, investisiya üçün cəlbedici ölkə kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью