Nazir müavini Rəşad Mustafayev İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək

07.05.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev mayın 19-da İsmayıllı rayonunda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 7 - 14 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью