Apa.az saytına istinadən Icma.az xəbər verir. Serbiya Azərbaycan qazının qəbulunu artırmaq üçün yeni interkonnektor planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç deyib.
O qeyd edib ki, Azərbaycan və Serbiya arasında 10 ildən artıqdır ki, strateji tərəfdaşlıq mövcuddur və bu münasibətlər enerji sahəsində əməkdaşlıqla daha da möhkəmlənir.
“Serbiya ilk dəfə 2023-cü ilin dekabrında Azərbaycanla əlaqəyə başladı.
Həmin vaxt Serbiya-Bolqarıstan interkonnektorunun istismara verilməsi ilə ölkəmiz ilk dəfə olaraq Xəzər dənizindən təbii qaz alaraq təchizatını şaxələndirdi.
Bu, bizim üçün böyük bir uğurdur,” – deyə Kokoviç bildirib. O vurğulayıb ki, Bolqarıstan bu layihədə Serbiyanın strateji tərəfdaşıdır və bu
“Biz tədarük zəncirini Rusiya qazından diversifikasiya etməyə çalışırıq.
Yeni interkonnektorların qurulması planlaşdırılır – şimalda Rumıniya, cənubda isə Şimali Makedoniya ilə.