Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"SOCAR yaşıl enerji sahəsində Azərbaycanın lokomotiv şirkətinə çevrilir.
"SOCAR Green" hazırda Azərbaycanda yaşıl enerji və dekarbonizasiya istiqamətində aparıcı şirkətə çevrilməkdədir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, Azərbaycana gələn investorlarla bağlanan müqavilələrdə dövlətin pay sahibi olmaq imkanı hər zaman nəzərə alınır: "Bu işdə də SOCAR mühüm rol oynayır.
Çünki ənənəvi enerji sahəsində olduğu kimi, yaşıl enerji sahəsində də ən ciddi addımları məhz SOCAR atır.
Bu, bəlkə də, bir qədər paradoksal səslənir, lakin reallıq budur".
Nazir müavini bildirib ki, SOCAR bir neçə dekarbonizasiya sənədinə imza atıb və bu sahədə ciddi təcrübə formalaşdırıb: "Bu təşəbbüslər Azərbaycanın COP29 prezidentliyi dövründə daha da əhəmiyyət qazandı.