Nazir müavini təyin olunan Vüsal Nəsirli kimdir? DOSYE | Icma.az
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir. Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub.
Onlardan biri Vüsal Nəsirlidir. AZXEBER.COM oxuculara Vüsal Nəsirlinin dosyesini təqdim edir.
Vüsal Zakir oğlu Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Evlidir, iki övladı var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu