Icma.az bildirir, Apa.az portalına istinadən.
Ölkəmizdə transplantasiya əməliyyatları sistemləşdirilmiş şəkildə aparılır.
APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
“Transplantasiya əməliyyatları ilə bağlı gözləmə siyahısı var. Xüsusi mexanizmlərdən istifadə edilir. Koordinasiya Mərkəzində yaxın qohum olmayanların orqan donoru olması məsələsinə baxılır. Bundan əlavə, sistemin elektronlaşdılması məsələsi gündəmdədir. Bu sahədə müəyyən işlər görülüb, hələ ki tamamlanmayıb”, deyə nazir müavini bildirib.