Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Uşağın anadan olması üçün birdəfəlik müavinətlər 2018-ci ildən 6.6 dəfə, dəfn üçün birdəfəlik müavinətlər isə 5 dəfə artırılıb.
"APA-Economics" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, şəhid ailəsi, Əfqənistanda şəhid olmuş hərbçilərin ailəsi üçün aylıq təqaüdlər 2018-ci ildən 3.2 dəfə, müharibə, 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərin aylıq təqaüdləri isə 3.6 dəfə artırılıb.