Nazir müavini: Uşaq hüquqları və onların rifahı beynəlxalq gündəmdə əsas yer tutur

28.01.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Təəssüf ki, müasir dünyada uşaqların qorunması çox ciddi problemlərlə üzləşir. Baxmayaraq ki, insan hüquqlarının fundamental dəyərə çevrildiyi müasir dünyada cəmiyyətin ən həssas qruplarından biri uşaqlardır. Onların hüquqları və rifahı beynəlxalq gündəmdə əsas yer tutur. Sivilizasiya sürətlə inkişaf etsə də bu gün dünya birliyi çox ciddi çağırışlarla üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyada milyonlarla uşaq yoxsulluqdan, silahlı münaqişələrdən, müharibələrdən, ayrı-seçkilikdən, iqlim dəyişiklərindən və digər qlobal problemlərdən əziyyət çəkir. Bu çağırışlar bütün maraqlı tərəfləri, dövlət strukturlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və hətta özəl sektorları narahat edərək onların birgə səylərini gündəmə gətirir. Yalnız birgə səylərlə bu çağırışların qarşısını almaq olar.

Nazir müavini qeyd edib ki, “Uşaq hüquqları haqqında” Qanun təxminən 30 il bundan əvvəl qəbul olunub. “Bu 30 ildə çox böyük dəyişikliklər baş verib. Təbii ki, bu gün yeni qanunun qəbul edilməsi çox zəruridir”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью