Nazir müavini və 4 səfirin istefasına Tiflisdən reaksiya

01.12.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici dövlətlər gürcü diplomatlara təzyiqlər edirlər. Bu qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

“Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqi və təxribat çağırışını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı və qrantlardan imtina edildiyi barədə açıqlamasından sonra Tiflisdə müxalifətin davamlı aksiyaları keçirilir. Aksiyaya Prezident Zurabişvili də dəstək verir. Eyni zamanda, AB ilə üzvlük danışıqlarının dayandırılmasına qarşı Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, o cümlədən ABŞ, Niderland, Bolqarıstan və Litva səfirləri istefa verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью