Nazir müavini Xızıda vətəndaşlarla görüşüb

30.01.2025

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı şəhərində Xızı və Abşeron rayonlarından olan vətəndaşlarla görüşüb. Nazirlikdən AYNA-ya bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kredit, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib.

Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью