Nazir müavinindən Krım körpüsü ilə bağlı mühüm xəbər

22.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Rusiyanın nəqliyyat nazirinin müavini Andrey Nikitin Krım körpüsünə hücumdan sonra sərnişin qatarlarının hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq oluna biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, o, “Komsomolskaya Pravda” nəşrinin köşə yazarı Aleksandr Qamovla söhbətində bildirib ki, dəmir yolu nəqliyyatı işləyir və əsas logistika təmin olunub.
Avtomobil yollarında hərəkətin bərpası istiqamətində isə mühəndislər və layihəçilər çalışırlar.
 

Nikitin qeyd edib ki, həm Nəqliyyat Nazirliyinin, həm də Krım dəmir yolunun bütün fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun həyata keçirilir.


“Şübhəsiz ki, sərnişinlərin təhlükəsizliyi əsas prioritetdir. Buna görə də müəyyən məhdudiyyətlərin tətbiqi mümkündür”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, ərzaq və digər məhsulların çatdırılması ilə bağlı logistika əvvəlkindən bir qədər mürəkkəb olacaq. Sərnişinlər və yükdaşıma ilə məşğul olanlar üçün görüləcək tədbirlərin ardıcıllığı yaxın vaxtlarda açıqlanacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью