Nazir müavinindən özəl məktəblərdə vahid geyim qaydasına MÜNASİBƏT

02.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər".

Bakıvaxtı.az xəbər verir ki, bunu  APA-ya müsahibəsində Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

"Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər", - nazir müavini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью