Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyevlə ailə quran 20 yaşlı rusiyalı model Avrora Kiba toydan sonra ilk dəfə paylaşım edib.
Axşam.az xəbər verir ki, Avrora Bakıda dəvətlərdən birinə qatılıb. O, parıltılı geyimini “Chanel” çantası və ağ rəngli çəkmələrlə tamamlayıb.
Qeyd edək ki, Avrora ilə Rüstəm bu ilin fevralında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnavalda tanış olublar. 8 aydır birlikdə olan cütlük evlənmək qərarına gəlib. Onların toyu ötən həftə Bakıda hotellərdən birində baş tutub. Qapalı keçirilən məclisdə qonaqlara telefonla çəkiliş aparmaq qadağan edilib.