Nazir müdir müavinini işdən çıxardı Yeni təyinat

07.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib. 

Gununsesi.info  Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.

O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində şöbə müdiri təyin edilib.

Qeyd edək ki, 2021-ci ilin mart ayında Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsindən azad edilərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini təyin olunmuşdu.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью