Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun APA-ya müsahibəsi - Ətraf mühiti daha çox çirkləndirən, iqlim dəyişmələrinin əsas səbəbkarlarından olan bəzi ölkələrin – Fransa, Norveçin başçıları, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen COP29-da iştirak etmir.
İqlim dəyişmələrinə görə daha çox məsuliyyət daşıyan ölkələrin rəhbərlərinin bu təşəbbüslərə laqeyd yanaşmasına münasibətiniz necədir?
- Bu, Azərbaycanın COP29-a ev sahibliyi prosesini sabotaj etməyə yönəlik bir cəhddir. Biz bunu doğru saymırıq.
Bir tərəfdən “ortaq evimiz, ortaq dünyamız, ortaq gələcəyimiz bu işləri görməyimiz gərəkdir” deyərkən belə bir toplantıda Azərbaycanda olmamaq təzadlı durumdur.
Amma buna baxmayaraq, Azərbaycan COP29-a çox nümunəvi ev sahibliyi etdiyini bütün dünyaya göstərdi.
Prezidentlərin, Baş nazirlərin, nazirlərin olduğu, hədəflərin paylaşıldığı bir prosesi birlikdə görürük.
Mən bununla bağlı ilk növbədə gördükləri işlərə, həyata keçirdikləri layihələrə görə azərbaycanlı qardaşlarımızı təbrik edirəm.