Nazir müşaviri prorektor təyin edib

05.08.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) prorektor təyin edilib.

Mia.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Rza Məmmədov tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub.

Xatırladaq ki, o, bu təyinata qədər, daha dəqiqi, 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri olub.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью