Nazir müşavirinə yeni vəzifə verildi

12.08.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xankəndi Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat paylaşılıb.

Klubun Ümumi Yığıncağının qərarı ilə Xankəndi FK-da Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.

Qeyd edək ki, Elgün Səmədov səhiyyə nazirinin müşaviridir. O bu vəzifəyə ötən il təyin olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью