Nazir müşavirini direktor təyin etdi

14.02.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.

Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью