Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planla…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xankəndi, 30 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.Nazir bildirib ki, universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq.
Bundan başqa, tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparıldığını deyən E.Əmrullayev qeyd edib ki, növbəti ildən Türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu