Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür Azərbaycanda özəl xəbərlər, araşdırma…
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.
Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür.
2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir.
Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir.
Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub.
Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, - deyə nazir Emin Əmrullayev vurğulayıb.
Nazir bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə də iş aparılır: "Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edir.
Tam oxu
Xəbəri oxu