Nazir onları “faşist” adlandırdı

28.03.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Fələstin tərəfdarı olan etirazçıları "faşist" adlandırıb.

“Cebheinfo.az” xəbər verir ki, Peters mətbuat konfransındakı ənənəvi çıxışı zamanı zalda dinləyicilər qarşısında Fələstini dəstəkləyən, etiraz aksiyası keçirən qrupu hədəf alıb:

"Çöldəki bu etirazçılar nə geosiyasətin, nə də demokratiyanın nə olduğunu bilirlər. Lakin elə bil hər şeyi bilirmiş kimi sizə dərs verməyə və sizi narahat etməyə cəsarət edirlər. Yazıqdır sizə".

Bundan sonra zalda olan bir şəxs ona "Qəzzadakı soyqırımla bağlı nə etdiniz?" sualını verdikdə, Peters sərt reaksiya verib:

"Bax, budur. Başlayırıq. Gözləyə bilməyəcəyimizi bilirdim. Bax, bunlar elə faşistlərdir. Evinizə gedin!"

Nazir sual verən şəxsə qarşı tədbir görülməsini tələb edərək, təhlükəsizlik xidmətinə müraciət edib:

"Onlardan qurtulmalıyıq. Təhlükəsizlikdən xahiş edirəm, onları dərhal çıxarın!"

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью