Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə Hallar naziri (FHN), general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
Moderator.az xəbər verir ki, o, bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.