Nazir ötən il metodik xidmət göstərən məktəblərin sayını AÇIQLADI

06.02.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ildə metodiki xidmət göstərən məktəblərin sayı 96-a çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu məktəblərdə 1 080 metodiki görüş təşkil olunub:

“2024-cü ildə 5 840 dərs dinləmə həyata keçirilib, 59 nəfərin qiymətləndirmə metodistinin sinqapurlu təlimçilər tərəfindən təlimləndirilməsinə və 143 məktəbdə fəaliyyətə başlamasına nail olunub”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью