Nazir: Panama kanalının suverenliyi müzakirə mövzusu deyil AZƏRTAC

08.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 yanvar, AZƏRTAC

Panama kanalının suverenliyi müzakirə mövzusu deyil və kanalı yalnız panamalılar idarə etməlidir.

AZƏRTAC xəbər verir ki, Panamanın xarici işlər naziri Xavyer Martines-Aça Vaskes bunu mətbuat konfransında deyib.

“Kanalın suverenliyi müzakirə oluna bilməz. O, bəşəriyyətə və ticarətə xidmət etmək üçün tikilib. Bizim hər hansı bir münaqişədə iştirak etməmək zəmanətimiz dünyaya ən böyük töhfələrdən biridir. Kanalı yalnız panamalılar idarə etməlidir və bu, həmişə belə olacaq”, - deyə nazir mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların kanala nəzarəti geri qaytarmaq üçün güc tətbiqini istisna etmədiyini və Panama hakimiyyəti ilə kanal məsələsinin müzakirə olunduğunu söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью