Nazir partlayışda öldü Bu ölkədə...

11.12.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əfqanıstan Taliban hökumətinin qaçqınlar naziri bu gün paytaxt Kabildə nazirliyin mənzil-qərargahında törədilən partlayış nəticəsində həlak olub.

News24.az Lent.az-a istinadla bildirir ki, ölənlər arasında nazir Xəlil Ur-Rahman Haqqani və bir neçə əməkdaş var.

Mərhum nazir 2001-ci ildə ABŞ-ın işğalından sonra Talibanın 20 illik qiyamları zamanı həyata keçirdiyi ən qəddar hücumlardan bəzilərinə görə məsul olan Haqqani şəbəkəsinin qurucusu Cəlaləddin Haqqaninin qardaşı idi.

O, həm də hazırda Əfqanıstanın daxili işlər naziri vəzifəsində çalışan Siracuddin Haqqani-nin əmisi idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью