Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Bu gün sığorta pensiyası həmrəylik əsasında formalaşır.
Yəni hər ay şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi vəsait 1.1 milyon nəfərin pensiyasına ödənilir. Yəni DSMF aylıq formada formalaşır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir əlavə edib ki, bu baxımdan şəxslərin pensiya fonduna yığdığı məbləği onların özlərinə qaytarılması məsələsi gündəmdə deyil:
“DSMF aylıq əsasda formalaşır. Şəxslərin DSMF-yə aylıq ödənişi 600 milyon manata çatıb. Bu da aylıq olaraq 1.1 milyon pensiyaçıya ödənilir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin