Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin 22%-nə, yəni 2,2 milyona yaxın şəxsə aylıq əsasda 900 milyon manat məbləğində ödəniş edilir.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, bunun 676 milyon manatı pensiya və sosial sığorta ödənişlərinin, 214,3 milyon manatı isə dövlət büdcəsi hesabına ödənilən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial yardımların payına düşür. pizza hut