Nazir Pərviz Şahbazov “İstanbul Enerji Forumu”nda iştirak edəcək

21.11.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.

SİA nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazir 22 noyabr tarixində İstanbul şəhərində keçiriləcək 1-ci “İstanbul Enerji Forumu”nda təmsil olunacaq.

Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью