Nazir: Qarabağ Universiteti artıq reallığa çevrilib

16.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağ Universiteti artıq reallığa çevrilib. Hər kəs fəxr etməlidir ki, biz bunu bacarmışıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məkəbi" jurnalının 100 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə çıxışı zamanı deyib.

Emin Əmrullayev Qarabağ Universitetinin yaradılmasını strateji əhəmiyyətli layihə kimi dəyərləndirib. O bildirib ki, müasir standartlara cavab verən Qarabağ Universiteti regionun inkişafına və ölkənin elmi potensialının güclənməsinə böyük töhfə verəcək.

“Bu universitet yalnız təhsil müəssisəsi deyil, həm də Qarabağda yenidənqurma prosesinin və milli birliyin simvoludur", – deyə nazir vurğulayıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью