Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərərgah rəisi ehtiyata buraxılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Penitensiar Xidmətinin Mühafizə Alayının komandir müavini-Qərərgah rəisi Vüqar Novruzov həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdığına görə ehtiyata buraxılıb.
Qeyd edək ki, Vüqar Novruzov uzun illər Penitensiar Xidmətin mühafizə taborunun komandiri və digər vəzifələrdə çalışıb.
Əhməd