Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda keçirilən COP29 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm hadisə oldu.
Bu konfransda vacib məsələlər müzakirə edildi və istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və ekosistemlərin davamlılığının qorunması sahəsində tədbirlərin gücləndirilməsinə dair önəmli qərarlar qəbul edildi.
Bu sözləri Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev "Report"a müsahibəsində deyib.
Əldə edilmiş razılaşmalar beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkələrin Paris Sazişinin icrasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda əsl sadiqlik nümayiş etdirməsi baxımından irəliyə doğru atılan mühüm addımdır.
Müzakirə olunan mövzular arasında iqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin yer alması Qırğızıstan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün birbaşa əhəmiyyət kəsb edir.
İqlim maliyyələşdirilməsi ilə bağlı əldə edilmiş razılaşmalar, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün onun həcminin 2035-ci ilə qədər 300 milyard ABŞ dollarına çatdırılması Qırğızıstan üçün yeni imkanlar açır.
Qırğızıstan üçün “yaşıl enerji”nin inkişafı, kənd təsərrüfatının iqlim dəyişikliyinə dayanıqlılığının artırılması, su ehtiyatlarının qorunması və təbii ekosistemlərin idarə edilməsinin təkmilləşdirilməsi məsələləri xüsusilə vacibdir.