Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb AZƏRTAC

21.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşüb.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi və bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью