Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb FOTO

21.11.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Çili arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşdük. Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi, bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью