Nazir Rəşad Nəbiyev CISCOnun baş vitseprezidenti ilə görüşüb

15.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью