Nazir Rəşad Nəbiyev israilli həmkarı ilə müzakirələr apardı

22.11.2024

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə iki ölkə arasında hava nəqliyyatı, "ağıllı" nəqliyyat sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəlinib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью