Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Rusiyanı Ukraynaya gedən dəmir yolu xətlərini partlatmaqda ittiham edib.
“Cebheinfo.az” xəbər verir ki, Polşa polisi 16 noyabrda Ukraynaya aparan dəmir yolu xəttinə ziyan dəydiyini bildirib. Hadisə nəticəsində itki olmayıb. Polşanın Baş naziri Donald Tusk hadisə yerində partlayış baş verdiyini deyib.
"Cinayətkarlar tutulduqda, tam əmin olacağıq. İndi isə Polşada və bütün Avropada baş verən hadisələri təhlil edərək deyə bilərik ki, bütün izlər şərqə - Rusiyaya aparır", - deyə Kosiniak-Kamış RMF FM radiosunda bildirib.Lakin polşalı nazir Rusiyanın iştirakına dair heç bir dəlil təqdim etməyib.
Polşa əvvəllər də Rusiyanı müxtəlif təxribatlarda ittiham edib. Polşada ən məşhur "raket qalmaqalı" 2022-ci ilin sonlarında olub. Belə ki, Ukrayna sərhədi yaxınlığında Polşa ərazisinə mərmilərin düşməsi nəticəsində iki nəfər ölüb. Varşava əvvəlcə mərmilərin Rusiya istehsalı olduğunu iddia etsə də, ovaxtkı Polşa prezidenti Andjey Duda onların çox güman ki, Ukrayna silahları olduğunu deyib.
“Associated Press”-in məlumatına görə, raketlər Rusiya silahlarını tutmaq üçün buraxılan Ukrayna silahları olub. Ekspertlər hadisə yerindən dərc olunmuş fotoşəkilləri təhlil edərək Ukraynanın S-300 raketinin qalıqlarının olduğu qənaətinə gəliblər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin