Nazir sabiq deputata vəzifə verdi

03.12.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью